10 aprel
Bakıdan Milana hər gün uçuşlar həyata keçiriləcək

Aprelin 1-dən Bakı-Milan-Bakı marşrutu üzrə reyslərinin sayı artırılaraq həftədə 6 dəfəyə çatdırıb.
Təhlil.az xəbər verir ki, mayın 13-dən isə uçuşlar hər gün həyata keçiriləcək.
Qeyd edək ki, hazırda AZAL tərəfindən Bakı-Milan-Bakı marşrutu üzrə müntəzəm reyslər həyata keçirilir. 2024-cü ildə sözügedən istiqamətdə 252 reys (gediş-dönüş) yerinə yetirilib və ümumilikdə 67 708 sərnişin daşınıb. Təkcə 2025-ci ilin yanvar-mart aylarında AZAL tərəfindən bu istiqamət üzrə 67 reys yerinə yetirilib və 15 236 sərnişin daşınıb.
Bu gün
Bu gün