Zelenski 14 nəfərlik nümayəndə heyətini danışıqlar üçün Türkiyəyə göndərib

Ukrayna prezidenti Volodimir Zelenski İstanbulda Rusiya ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibini təsdiqləyib. Bundan əvvəl Zelenski bildirib ki, danışıqların ilk iki raundunda olduğu kimi, nümayəndə heyətinə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri postunu tərk edən və Ukrayna Milli Təhlükəsizlik Şurasına rəhbərlik edən Rustem Umerov rəhbərlik edəcək.
Təhlil.az xəbər verir ki, Zelenskinin fərmanına əsasən, nümayəndə heyətinə 14 nəfər, o cümlədən Prezident Aparatı rəhbərinin müşaviri Aleksandr Bevz, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Yevgeni Ostryanski, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini, Ukrayna Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Çibitski Vadif, Ukrayna Silahlı Qüvvələri Aleksandr Dyakov, Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Aleksandr Poklad və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxil edilib.