23 iyul
Pezeşkian: İran regionda kollektiv təhlükəsizlik konsepsiyasını müzakirə etməyə hazırdır

İran rəhbərliyi Yaxın Şərq ölkələri ilə birgə kollektiv təhlükəsizlik konsepsiyasının yaradılması üzərində işləməyə hazırdır.
Təhlil.az xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Biz ərəb qonşularımız və regionun digər ölkələri ilə birgə kollektiv təhlükəsizlik konsepsiyasını hazırlamağa tam hazırıq”, - dövlət başçısı “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
“Daha əvvəlheç vaxt region ölkələri bu müharibə zamanı olduğu kimi İranı dəstəkləməmişdilər”, - Pezeşkian əlavə edib.
Bu gün