23 iyul

Yaponiyanın baş naziri istefaya hazırlaşır

Yaponiyanın baş naziri Şiqeru İşiba, rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasının (LDP) seçkilərdə uğursuzluğa düçar olması fonunda avqusta qədər istefasını elan edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Yaponiyanın “Mainichi” qəzeti baş nazirə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İşiba üç keçmiş hökumət başçısı - Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşməyə hazırlaşır və “üç keçmiş baş nazirin qarşısında baş əymək” niyyətindədir.

Qeyd edək ki, iyulun 21-də LDP-nin parlament seçkilərində ardıcıl ikinci məğlubiyyətindən sonra İşiba istefa verməkdən imtina edib.

Onun bildirib ki, gedə bilməz, çünki hakimiyyətin seçicilərə verdiyi vədləri yerinə yetirməlidir.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?