23 iyul
Bakı Suriya-İsrail danışıqlarına ev sahibliyi edəcək

Bakı Suriya və İsrail arasında aparılan danışıqların növbəti mərhələsinə ev sahibliyi edəcək.
Təhlil.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Al-Hadath" telekanalında bildirilib ki, məhz Azərbaycanın paytaxtında tərəflər arasında əsas razılaşmaların hazırlanması başa çatdırılacaq.
Amerikanın "Axios" nəşrinə görə isə, iyulun 24-də danışıqlara ABŞ nümayəndələri də qoşulacaq.
Nəşrə danışan İsrail mənbəsi qeyd edib ki, ABŞ, İsrail və Suriya hökuməti arasında hərtərəfli razılaşmalar olmadan əsas fikir ayrılıqlarını aradan qaldırmaq mümkün deyil.
Bu gün