Dünən

AYNA taksi xidmətindən istifadə edən vətəndaşlara müraciət edib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi xidmətindən istifadə edən vətəndaşlara müraciət edib.

Təhlil.az xəbər verir ki, müraciətdə deyilir:

"Tətbiqdə görünən məlumatlarla uyğun gəlməyən avtomobilin və ya sürücünün gəlməsi;
Etik davranış qaydalarına riayət olunmaması;
Təhlükəli sürmək;
Nağdsız ödəniş problemləri;

Taksi xidməti ilə bağlı hər hansı bir uyğunsuz və xoşagəlməz hal yaşadığınızda dərhal müvafiq şirkətlə əlaqə saxlayın və ya AYNA-nın 141 Çağrı Mərkəzinə müraciət edin", - qurumdan bildirilib.