İranın mesajı təkcə Putinə deyil, bütün dünyayadır

İranın xarici işlər naziri Abbas Əraqçi 17 apreldə Rusiya prezidenti Vladimir Putinə İranın ali lideri adından ünvanlanan məktubun yalnız Putinə deyil, bütün dünyaya mesaj olduğunu bildirib.
Təhlil.az xəbər verir ki, O, Moskvaya səfərinin əsas məqsədinin İran-Rusiya münasibətlərinin dərinləşdirilməsi, regional əməkdaşlıq və nüvə proqramı üzrə İran-ABŞ danışıqlarının nəticələrinin müzakirəsi olduğunu deyib.
Rusiyanın XİN rəhbəri Sergey Lavrov isə Əraqçinin Putinlə görüşünü “misilsiz dialoq dinamikasının göstəricisi” adlandırıb və prezidentin görüşdən razı qaldığını bildirib.
Qeyd edək ki, Rusiya Federasiya Şurası iki ölkə arasında 20 illik strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib. Sənəd qarşılıqlı müdafiə və münaqişələrin sülh yolu ilə həllini nəzərdə tutur.