Kaya Kallas Aİ-nin Gürcüstana məktubu haqqında: “Son tarix avqustun sonudur”

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Gürcüstana göndərilən məktubun təfərrüatlarını açıqlayıb. Sənəddə avqustun sonuna kimi həyata keçirilməsi gözlənilən doqquz əsas tövsiyə var. Tələblər arasına insan hüquqlarının müdafiəsi, sərbəst toplaşmaq və ifadə azadlığı, vətəndaşların ictimai həyatda iştirakı, ayrı-seçkiliyin qadağan edilməsi daxildir. Kallas vurğulayıb ki, əgər Gürcüstan hakimiyyəti bu öhdəliklərə məhəl qoymasa, mümkündür ki, 2017-ci ildən tətbiq olunan vizasız rejimə yenidən baxılsın və bundan başqa, tövsiyələrə əməl olunmamasının müəyyən digər nəticələri də olacaq.
"Bu, Aİ-yə inam məsələsidir. Əgər ölkə bonus alsa, lakin şərtləri yerinə yetirməsə, bu cavabsız qalmayacaq", - Kallas bildirib.
Aİ Gürcüstan xalqına zərər vermək istəmir, lakin hökumət Avropa yolundan kənara çıxsa, hərəkətə keçməyə hazırdır.