Dünən
Tramp İranla danışıqlara tələsmir

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehranla təcili danışıqların növbəti raundunun keçirilməsini zəruri hesab etmədiyini bildirib.
Təhlil.az xəbər verir ki, Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib:
"İran hakimiyyəti danışıqlar aparmaq istəyir. Mən danışıqlara tələsmirəm. Çünki biz onların nüvə obyektini məhv etmişik”.
İranın nüvə proqramını inkişaf etdirməyə davam etməsi ehtimalından danışan Tramp vurğulayıb:
“Onlar hər şeyi yenidən başlamalı olacaqlar. Məhv edilən obyekt artıq istifadə edilə bilməz. Bunun üçün onlar başqa dağ seçməli olacaqlar”.
Məlumata əsasən, Tramp dağ deyərkən İranın Fordodakı nüvə obyektini ehtiva edir.