Xankəndinin Baş planı hazırlanır – Bərpa və inkişaf işləri genişlənir

Xankəndi şəhərinin baş planı hazırlanır və bölgədə genişmiqyaslı bərpa-tikinti işləri aparılır.
Təhlil.az xəbər verir ki, bu barədə Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə xüsusi nümayəndəsi Elçin Yusubov məlumat verib.
O qeyd edib ki, işğal zamanı dağıdılan mədəni və dini abidələrə qarşılıq olaraq, Azərbaycan dövləti erməni qəbristanlıqları və kilsələrini qoruyub saxlayır. Hazırda bölgədə erməni sakinlər təhlükəsiz şəkildə yaşayırlar.
Ərazilərdə yollar, kommunikasiya xətləri çəkilir, sahibkarlar üçün əlverişli mühit yaradılır. 30 milyon manatlıq investisiya qoyulub, 1900 nəfər işlə təmin edilib, ilin sonuna bu rəqəmin 3 mini keçməsi gözlənilir.
Böyük Qayıdış proqramı çərçivəsində 12 min nəfər daimi məskunlaşıb, 24 kənddə tikinti və layihələndirmə işləri davam edir.