Dünən
Paşinyanın parlamentdəki emosional çıxışının pərdəarxası

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki həddindən artıq emosional çıxışının səbəbi məlum olub.
Təhlil.az xəbər verir ki, hökumət başçısının Ermənistan Milli Məclisindəki son isterikası heç də spontan bir emosional partlayış olmayıb.
Məlumata görə, Paşinyanın şəxsi tapşırığı ilə müxtəlif vilayətlərdə sorğular təşkil olunub və nəticələrə əsasən, ona “Vətəndaş Müqaviləsi” partiyasının və onun şəxsi reytinqinin, acınacaqlı vəziyyətdə olduğu bildirilib. Bu xəbər baş nazirə parlament iclasına gəlməzdən əvvəl çatdırılıb. Məhz buna görə də o, təzyiq altında olub.