10 aprel
Abituriyentlərin nəzərinə!

Ötən il ali məktəblərə qəbul üçün 31 minə yaxın subbakalavr sənəd qəbulunda iştirak edib. Bu il isə sayın artacağı gözlənildiyindən qəbul ballarında artım ola bilər.
Bildirir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, bu il ali təhsil müəssisələrinə qəbul üçün 124 339 abituriyent sənəd verib. Ötən il isə bu rəqəm 110 354 idi.
Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, abituriyentlərlə yanaşı, subbakalavrlar və əvvəlki ilin məzunlarının da sayının artacağı gözlənilir. Bu isə öz növbəsində bəzi ixtisaslarda rəqabətin güclü olacağı ilə nəticələnəcək.