Dünən
Azərbaycan öz saatını yaradır

Azərbaycanda Milli Etalon Vaxtının (UTC-AZ) yaradılması istiqamətində işlərə start verilib. Hazırda ölkədə vaxt sinxronizasiyası əsasən xarici mənbələrdən asılıdır ki, bu da texniki çətinliklərə yol açır.
Təhlil.az xəbər verir ki, Prezidentin sərəncamına əsasən, Metrologiya İnstitutunda sezium atom saatları və GNSS qəbulediciləri ilə təchiz edilmiş yeni laboratoriya qurulub. Bu avadanlıqlar sayəsində ölkənin milli vaxtı gündəlik ölçüləcək və beynəlxalq vaxtla fərqi izlənəcək. NTP sistemi vasitəsilə internet üzərindən milli vaxtın paylaşılması da mümkün olacaq.
Layihənin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır və nəticədə Azərbaycan beynəlxalq standartlara uyğun öz müstəqil vaxt sisteminə sahib olacaq.