Təhsil kreditlərində boşluqlar: zəif tələbəyə kredit, pensiyalıya borc

Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı aparılan audit zamanı kreditləşmə mexanizmlərində ciddi uyğunsuzluqlar aşkarlanıb.
Təhlil.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.
Hesabata əsasən, sosial kreditlərdə rifah göstəriciləri əvəzinə kateqoriyalı yanaşmanın tətbiqi məqsədlərə uyğun sayılmayıb.
51 ballıq ÜOMG ilə zəif nəticə göstərən tələbələrə sosial kredit verildiyi halda, bəzi hallarda 71 bal tələbi olan standart kreditlər aşağı göstəricili tələbələrə də verilib. Həmçinin sənədsiz müraciətlərin banka göndərilməsi, pensiya yaşında şəxslərə kredit ayrılması, SAT imtahanı ilə qəbul olunan tələbələrin mexanizmdən yararlana bilməməsi və idarəetmədə şəffaflığın olmaması kimi hallar qeyd edilib.
Kreditlərin verilməsində gecikmələr və investisiya cəlbi funksiyasının icra olunmaması da audit hesabatında göstərilib.