11 iyul
Braziliya Trampın qərarına cavab olaraq ABŞ-ni tariflər ilə hədələyir

Braziliya prezidenti Luiz İnasio Lula da Silva cümə axşamı günü bildirib ki, Donald Tramp Braziliya məhsullarına idxal rüsumlarının artırılması vədinə əməl etsə, cavab olaraq ABŞ mallarına 50% rüsum tətbiq edəcək.
Təhlil.az xəbər verir ki, gərginliyin yeni mərhələsi birbaşa Trampın müttəfiqi olan keçmiş prezident Jair Bolsonaroya qarşı cinayət işi ilə bağlıdır.
“Danışıqlar olmasa, qarşılıqlılıq qanunu işə düşəcək. Əgər onlar bizdən 50 faizi alsalar, biz də onlardan eynisini alacağıq”, - deyə Braziliya prezidenti “TV Record”a müsahibəsində vurğulayıb: “Hörmət vacibdir. Mən bunu təklif edirəm və əvəzində onu almaq istəyirəm”.