17 aprel

Aviasiya haqqında Qanuna dəyişiklik edilib - Fərman

Prezident İlham Əliyev Aviasiya haqqında Qanununda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Təhlil.az xəbər verir ki, Fərmana əsasən, "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin Qanunun 1.1.2-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etməlidir.

Dövlət başçısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiqləyib.