10 iyul

Kreml sülh danışıqlarına dəstək verdi

Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu müsbət qiymətləndirir və sülh sazişinin imzalanmasını region üçün mühüm addım hesab edir.

Təhlil.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib:

“Bakı ilə İrəvan arasında birbaşa təmaslar və sülh müqaviləsi imzalanması regionda sabitlik və təhlükəsizlik baxımından müstəsna əhəmiyyət daşıyır. Moskva bu prosesi tam dəstəkləyir”, – deyə Peskov bildirib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?