17 aprel
Cari ilin birinci rübündə ARDNF-in valyuta hərraclarında satdığı vəsaitin həcmi məlum olub

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yanvar-mart ayları ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmi açıqlanıb.
Bu barədə ARDNF-in 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.
Belə ki, fond tərəfindən Mərkəzi Bankın iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420,6 milyon dollar məbləğində vəsait satılıb.