07 iyul

Türkiyə ordusunda şəhid sayı 8-ə çatdı

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 8-ə çatıb.

Təhlil.az xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olmuşdu.

Qeyd edək ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?