Bu gün

Polşa Rusiyaya görə Trampa müraciət etdi: Putin sizi ələ salır

Dünən gecə Rusiyanın kütləvi hücumu yanğınlara səbəb olub və Polşanın Kiyevdəki konsulluğu da daxil olmaqla bir çox binaya böyük ziyan vurub.

Təhlil.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"Prezident Tramp, Putin sizin sülh səylərinizi ələ salır. Zəhmət olmasa, Ukraynaya zenit sursatlarının tədarükünü bərpa edin və təcavüzkara qarşı yeni sərt sanksiyalar tətbiq edin", - deyə o, əlavə edib.

Qeyd edək ki, Rusiya iyulun 4-nə keçən gecə Ukraynaya ən böyük hava zərbələrindən birini endirib və əsas hədəfi Kiyev olub.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?