Bu gün

İran XİN: “ABŞ ilə danışıqlar üçün hələ şans var”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi “Sky News”a bildirib ki, ABŞ ilə sülh danışıqları üçün hələ şans var. İran rəsmisi bildirib ki, ABŞ və İsrailin ölkəsinə qarşı hücumlarına baxmayaraq, diplomatik həll axtarışlarının bərpası üçün səylər göstərilir.
"Diplomatiyadan sui-istifadə edilməməli və ya aldatma aləti, eyni zamanda sadəcə olaraq düşmənlərinə qarşı hansısa psixoloji müharibə vasitəsi kimi istifadə edilməməlidir", - Bəqayi qeyd edib.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, İran diplomatiyaya xəyanət edildiyini hiss edib.
"İsrail ölkəmizə hücum edəndə ABŞ və İran arasında danışıqlar bərpa olunmaq ərəfəsində idi. ABŞ isə sionist təcavüzünü dəstəkləməklə beynəlxalq hüququ pozdu", - o, qeyd edib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?