16 aprel
Gülnarə Abbasova: Bakıda son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb

Hazırda yağıntılar davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözləniləndir.
Təhlil.az xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakıda son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb:
"Son 15 saat ərzində bölgələrdən asılı olaraq yağıntının miqdarı dəyişir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir bu da aylıq normadan 2 dəfə çoxdur".