16 aprel
Ağsuda sel ekskavatoru aparıb, sahə rəisi həlak olub

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər - 1982-ci il təvəllüdlü Qazax rayon sakini Bəxtiyar Abdullayev, Gədəbəy rayon sakini Bəxtiyar Qasımov (1988) və Cəbrayıl rayon sakini Elnur Salahov (1992).xəsarət alıb.
Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.
Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.