Bu gün
Tramp administrasiyası Avropanı internetsiz qoya bilər

Tramp administrasiyası Avropanı internetsiz qoya bilər
Təhlil.az xəbər verir ki, politico nəşrinin qeyd etdiyinə görə, belə bir ssenarisi tamamilə mümkündür. Çünki Avropa İttifaqı ABŞ-nin bulud xidmətlərindən tam asılı vəziyyətdədir.
Qeyd olunur ki, cəmi üç Amerika şirkəti- Amazon, Microsoft və Google Aİ bazarının üçdə ikisindən çoxuna nəzarət edir.
"Hazırda Trampın Avropada bulud xidmətlərini bağlayıb-bağlamayacağını bilmirəm. Amma heç vaxt gözləməzdim ki, ABŞ Qrenlandiyanı ələ keçirməklə hədələyəcək. Bu, bulud sistemini bağlamaqdan qat-qat çılğın hərəkətə bənzəyir", - deyə Avstriyanın Anexia bulud şirkətinin baş direktoru bildirib.
Bu gün