Bu gün

Alimlər: “ağ çörək bağırsaq xərçəngi riskini artıra bilər”

Yeni genişmiqyaslı araşdırma göstərib ki, müntəzəm olaraq ağ çörək yemək xərçəngin ən çox yayılmış və təhlükəli növlərindən biri olan kolorektal xərçəngin inkişafı riskini artıra bilər.
Təhlil.az xəbər verir ki, tədqiqat Böyük Britaniyada aparılıb və təxminən 13 ildir izlənilən 118 000-dən çox insanı əhatə edib. Alimlər iştirakçıların pəhrizini, həyat tərzini və xəstəlik hallarını müqayisə ediblər. Nəticələrə görə, tez-tez ağ çörək yeyənlərin bağırsaq xərçənginə tutulma riski 10% artıq olub. Bunun səbəbi ağ çörəyin tərkibindədir. Ağ çörək demək olar ki, heç bir lif, vitamin və ya mineral ehtiva etməyən təmizlənmiş undan hazırlanır. Eyni zamanda, bu cür məhsullar qan şəkərinin səviyyəsini sürətlə artırır, həzm sistemini həddindən artıq yükləyir və toxluq hissi vermir, daha çox yeməyə məcbur edir.
Tədqiqat müəllifləri həmçinin ağ çörəklə birlikdə spirtin də risk faktoru olduğunu müəyyən ediblər. Ancaq liflə zəngin qidalar - tərəvəzlər, paxlalılar, tam taxıl çörəyi, eləcə də kalsium və maqnezium kimi maddələr - əksinə, bədəni qoruyur. Düzgün qidalanma xərçəngə genetik meyli olan insanlarda belə, riski azaldır.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?