Bu gün

Tramp: “İranın nüvə obyektləri məhv edilib”

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə qarşı keçirilən hərbi əməliyyatın nəticələrini açıqlayıb.

Təhlil.az xəbər verir ki, Tramp "Truth Social" platformasında paylaşdığı bəyanatda bildirib ki, yeraltında yerləşən İranın nüvə obyektlərinə "monumental", yəni misli görünməmiş ziyan vurulub.

“Peyk görüntüləri göstərir ki, bütün nüvə obyektlərinə böyük zərər dəyib. Bu, sadəcə zərər deyil – bu, məhvdir!” – deyə Tramp yazıb.

Prezident əlavə edib ki, ən güclü zərbələr dəniz səviyyəsindən xeyli aşağıda yerləşən obyektlərə endirilib: “Ən böyük dağıntılar yerin dərin qatlarında baş verib. Tam hədəfə dəyib – yüz faiz dəqiqliklə!”.

 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?