Bu gün

İrandan xəbərdarlıq: ABŞ hücum edərsə, cavab zərbəsi endirəcəyik

İranın Xarici İşlər Nazirliyin Vaşinqtona açıq xəbərdarlıq edib. 

Təhlil.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi verdiyi açıqlamasında bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp İrana hərbi zərbə endirmək qərarı versə, Tehran buna cavab vermək hüququnu özündə saxlayır.

“Əgər ABŞ bizə hücum etsə, biz də cavab verəcəyik. Müharibə belə işləyir. Tərəflər bir-birinə hücum edir. Bu, beynəlxalq hüquqda tanınan özünümüdafiə hüququdur”, – deyə, Əraqçi vurğulayıb.

Nazir əlavə edib ki, əgər ABŞ İsraillə birgə hücumda iştirak edərsə, İran da eyni şəkildə cavab verəcək: “Əgər Amerika İsraillə birlikdə hərbi əməliyyatlara qoşularsa, biz də ABŞ-yə qarşı eyni müttəfiqlik prinsipi ilə cavab verəcəyik”. 

 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?