Bu gün
ABŞ İrandakı vətəndaşlarına yenidən çağırış etdi

ABŞ-nin İrandakı virtual səfirliyi amerikalılara İranı dərhal tərk etməyi tövsiyə edib. Təhlil.az xəbər verir ki, xəbərdarlıqda hava məkanının bağlana biləcəyi və artan təhlükəsizlik riskləri əsas gətirilib. Azərbaycandan çıxış mümkün olsa da, bu, yalnız Azərbaycan Hökumətinin rəsmi icazəsi ilə baş verə bilər. Sərhəddə bu sənədin təqdim edilməsi məcburidir. Birləşmiş Ştatların vətəndaşlarına icazə üçün Azərbaycandakı ABŞ səfirliyinə şəxsi məlumatlarını (ad, soyad, doğum tarixi, pasport məlumatı) göndərmələri tövsiyə olunub.
Qeyd: Bu, ABŞ tərəfindən ikinci belə xəbərdarlıqdır.
Hikmət Həsənov
Bu gün
Bu gün