Bu gün

Peskov: Rusiya ABŞ ilə münasibətləri normallaşdırmaq üçün yeni görüşə ümid edir

Rusiya Federasiyası yaxın gələcəkdə münasibətlərin normallaşdırılması ilə bağlı ABŞ-nin ləğv etdiyi görüşün yeni tarixlərini razılaşdıracağını gözləyir. Təhlil.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Görüş, yəni Rusiya və Amerika diplomatları arasında danışıqların növbəti raundu planlaşdırılsa da, Amerika tərəfi hələlik bu görüşü ləğv edib", - o xatırladıb.
“Ümid edirik ki, yaxın gələcəkdə belə bir görüşün keçirilməsi üçün yeni tarixlər barədə razılığa gələcəyik, çünki bu lazımdır”, – deyə Kreml rəsmisi bildirib.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?