Bu gün

Sükutun sağlamlığa və beyinə təsiri

Yeni bir araşdırma səssizliyin sadəcə səsin olmaması deyil, eyni zamanda beyni transformasiya etdirən və ümumi sağlamlığı yaxşılaşdıra bilən aktiv bir qüvvə olduğunu ortaya çıxarıb.
Təhlil.az xəbər verir ki, cəmi üç günlük sükutdan sonra insan beynində uzunmüddətli meditasiya və ya idrak təlimi ilə müqayisə edilə bilən fiziki və funksional dəyişikliklər baş verir. Tam sükutla keçirilən eksperimentin iştirakçıları cəmi üç gün ərzində yeni neyronların böyüdüyünü sübuta yetiriblər. Əvvəllər yalnız aylarla təcrübədən və ya intensiv müalicədən sonra mümkün hesab edilən bir prosesin sükutla asanlıqla, 3 gün ərzində əldə edildiyi üzə çıxıb. Gündəlik həyatında daim səs-küyə məruz qalan şəxslərdə bu üsulun daha təsirli olduğu müəyyən edilib.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?