Bu gün

Boris Titov: Rusiya şirkətlərinə Azərbaycana investisiya qoymağı məsləhət görürəm

Bakıda biznes mühiti çox əlverişlidir. Belə bir şəraitə heç də hər ölkədə rast gələ bilməzsən.

Təhlil.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla iş üzrə xüsusi nümayəndəsi Boris Titov ifadə edib.

Rusiya rəsmisi əlavə edib: “Bu gün Rusiyanın bütün şirkətlərinə Azərbaycana investisiya qoymağı məsləhət görürəm. Sentyabrın əvvəlində bütöv bir sahibkar qrupunu gətirəcəyik...Onlar görməli yerlərə baxmaq üçün Bakıya gəlmirlər. Biz investisiya tədbiri keçirəcəyik və müxtəlif sahələri təmsil edən sahibkarları səmimi şəkildə inandırmağa çalışacağıq ki, öz pullarını bu ölkəyə qoya bilərlər və bunu etməlidirlər”.

AZERTAG

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?