Bu gün

BAEA: İranın Xondab nüvə obyektinin əsas binaları zədələnib

Beynəlxalq Atom Enerji Agentliyi İranın aviahücuma məruz qalan Xondab ağır su tədqiqat reaktorunun əsas binalarının, o cümlədən distilə şöbəsinin zədələndiyi barədə təşkilata məlumatın daxil olduğunu bildirib.

Təhlil.az xəbər verir ki, təşkilat bu barədə “X” səhifəsində paylaşım edib.

Bundan bir gün əvvəl BAEA hava zərbəsinin reaktora tuş gəldiyini lakin heç bir radioloji fəsadların meydana gəlmədiyini bildirmişdi.

Təşkilatdan qeyd edilir ki, hazırda həmin reaktor tikinti mərhələsindədir, istismara verilməyib və nüvə materialları ilə təchiz olunmayıb, buna görə də radiasiya təsiri qeydə alınmayıb.

Xatırladaq ki, iyunun 18-də BAEA İranda yerləşən iki sentrifuqa istehsalı obyekti – Kərəcdəki TESA emalatxanası və Tehran Tədqiqat Mərkəzi hücuma məruz qaldığı barədə xəbər vermişdi. “Hər iki obyekt əvvəllər Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPoA) çərçivəsində BAEA-nın monitorinqi və nəzarət altında idi. Tehranda müasir sentrifuqaların rotorlarının istehsal və sınaqdan keçirildiyi bina dağıdılıb. Kərəcdə isə sentrifuqaların müxtəlif komponentlərinin istehsal olunduğu iki bina məhv edilib”, – deyə agentliyin məlumatında qeyd olunur.

Trend

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?