Dünən

İrina Sukerman: “Vardanyan və Karapetyan Rusiyanın sifarişi ilə Paşinyanı devirmək istəyiblər” - MÜSAHİBƏ

Ruben Vardanyan və Samvel Karapetyan Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətini devirməklə bağlı Rusiyanın planının bir hissəsidir.

Bu barədə təhlil.az-a milli təhlükəsizlik məsələləri üzrə ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Sukerman məlumat verib.

"Eyni zamanda mən deməzdim ki, Vardanyanı Karapetyanla müqayisə etmək olar. Vardanyanın separatçıların başçısı kimi özünəməxsus rolu var. Bəli, onların hər ikisi rus oliqarxıdır. Amma Vardanyan qızıl işi ilə məşğul olub və onu Qarabağdan çıxarmağa cəhd edib ki, Rusiya Federasiyasının hərbi məqsədlərinə xidmət etsin.

“Kilsə xadimi” Karapetyan kilsə işlərini, eləcə də Ermənistanın özündə biznesi hədəfə alır. O, Rusiya kəşfiyyat orqanlarına kömək etmək üçün kilsə fəaliyyətindən istifadə edərək Ermənistan siyasətinə birbaşa müdaxilə edir”, - ekspert vurğulayıb.

Zukermanın sözlərinə görə, hər iki rus oliqarxının məqsədi Paşinyan hökumətini devirmək olub.

“Onlar İrəvanı Moskva ilə yaxın vaxtlara qədər Ermənistanın siyasi vəziyyətini səciyyələndirən vassal münasibətə qaytaracaq yeni hökumət yaratmaq üçün Paşinyanı devirmək məqsədinə xidmət edirlər”, - Sukerman bildirib.

O, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə qədər qalan müddətdə İrəvanda xaos səpmək üçün yeni cəhdlərin ediləcəyinə əmin olduğunu bildirib.

"Hesab edirəm ki, Rusiya tərəfindən Ermənistanda dövlət çevrilişi etmək cəhdləri olub, lakin onların qarşısını Ermənistan təhlükəsizlik xidməti alıb. Prinsipcə, bu gün Rusiya Ukrayna ilə müharibə nəticəsində zəifləyib, lakin hazırki qlobal xaos şəraitində hər şey ola bilər", - İ.Sukerman bildirib.

Rasim Babayev

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?