Bu gün

Çin 2025-ci ildə qocalara qulluq etmək üçün humanoid-robot təqdim edəcək

Şanxaydakı Fudan Universitetinin Humanoid Robot Dizayn Qrupu yaşlılara qulluq üçün “Guanghua No1” robotunu hazırlayıb. Komandanın lideri Liu Lizheng bildirib ki, hazırda 2025-ci ilin sonunadək təqdim ediləcəyi gözlənilən cihaz üçün proqram təminatı hazırlanır.
Təhlil.az xəbər verir ki, robotun Şanxaydakı xəstəxanada sınaqdan keçiriləcəyi gözlənilir.
“China Daily” qəzeti alimin sözlərindən sitat gətirir: “Robot yaşlılara kömək etmək ssenarilərində öz imkanlarını nümayiş etdirəcək”.
O, həm də əmindir ki, xəstələrlə ünsiyyət zamanı bu cür cihazlar cavab verə bilmə qabiliyyətinə malik olmalıdır:
"Yaşlı insanların robotlar tərəfindən baxılmasına razılıq vermələri üçün bu robotlar yalnız tapşırıqları yerinə yetirmək üçün kifayət qədər ağıllı deyil, həm də emosional interaktiv olmalıdır ki, yaşlı istifadəçilər isti münasibət və yoldaşlıq hiss etsinlər".
Onun fikrincə, yaxın gələcəkdə insanabənzər robotlar qocalara qulluq etmək, məsələn, onları əlil arabasında daşımaq üçün müxtəlif tapşırıqları yerinə yetirə, həmçinin bir sıra başqa davranışlar nümayiş etdirə biləcəklər. Alim hesab edir ki, texniki baxımdan bu funksiyalar 3-5 il ərzində tam şəkildə həyata keçiriləcək.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?