TWSJ: Tramp İrana hücum planını təsdiqləsə də, hələ əmr verməyib

“The Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı köməkçiləri ilə görüşündə İrana hücum planını təsdiqlədiyini, lakin Tehranın nüvə proqramından əl çəkəcəyinə ümid etdiyinə görə bu planın həyata keçirilməsi üçün hələ əmr vermədiyini bildirib. Qeyd olunur ki, ABŞ İranı İsrailin zərbələrinə qoşulmaqla hədələyir və Tramp hesab edir ki, bununla da Tehranı öz şərtləri ilə razılaşmağa məcbur edə biləcək.
Təhlil.az xəbər verir ki, adı açıqlanmayan Ağ ev rəsmisinin sözlərinə görə, Tramp İsrailin hərbi əməliyyatının gedişatını izləməyə davam edir və ABŞ üçün “bir neçə variantı” nəzərdən keçirir. O, digər məsələlərlə yanaşı, Vaşinqtonun bu münaqişəyə qoşulmasına qarşı çıxacağını da istisna etmir.
Hikmət Həsənov