Dünən

Bakıda bu binalar təmir olunacaq - 48,5 milyon sərf olunacaq

Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binalar təmir olunacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, təmir işləri paytaxtın bütün rayonlarını - Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı, Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edəcək.

Hazırda həmin binalarda təmir işlərini həyata keçirəcək şirkət axtarışındadır. BŞİH təmir işlərinə 48,5 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

İqtisadiyyat.az