Bu gün
İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri açıqlayıb

İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri açıqlayıb. Bildirilib ki, əməliyyatın başlanğıcından bəri İsrail ərazisinə yüzlərlə raket və PUA atılıb, onların təxminən 35-i müxtəlif məkanlara düşüb. Nəticədə 24 nəfər həyatını itirib, 650-yə yaxın şəxs isə xəsarət alıb. Yaralananlardan 10 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti isə orta ağırdır.