Dünən

İranda bir sıra müəssisələrin və məktəblərin fəaliyyəti dayandırılıb

İranın bir sıra vilayətlərində güclü qum fırtınaları və yüksək hava çirklənməsi səbəbindən dövlət idarələrinin, bankların və bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

Təhlil.az xəbər verir ki, bu barədə IRNA informasiya agentliyi məlumat yayıb. 

Məlumata əsasən, qum fırtınaları və hava çirklənməsi ölkənin cənub-qərb vilayətlərində əhalinin həyatına mənfi təsir göstərib.

Tozun güclü hərəkəti və atmosferin yüksək dərəcədə çirklənməsi ilə əlaqədar olaraq bir sıra  vilayətlərdə fəaliyyət göstərən dövlət idarələri, banklar və bütün təhsil səviyyələrində məktəblərin fəaliyyəti dayandırılıb.

Hakimiyyət orqanları qum fırtınalarından təsirlənən vilayətlərdə təhsilin onlayn formatda davam etdiriləcəyini, təcili yardım xidmətlərinin isə adi rejimdə işləyəcəyini bəyan ediblər.

Hazırda qum fırtınaları və yüksək hava çirklənməsi İranın cənub-qərbindəki bir sıra vilayətlərə təsir göstərməkdə davam edir. Digər bölgələrdə, o cümlədən paytaxt Tehranda isə güclü yağış və ildırım çaxmaları gözlənilir. Meteoroloji xidmətlərin məlumatına görə, bu cür pis hava şəraiti ölkənin 22 vilayətini, o cümlədən Tehranı əhatə edəcək.