Bu gün
Netanyahu: İsrail hərbi əməliyyatı qalibiyyətlə sona çatdırmaqda qərarlıdır - AÇIQLAMA

“İsrail İranın nüvə problemini sülh yolu ilə həll etmək şansı verdi, lakin indi hərbi əməliyyatı qalibiyyətlə sona çatdırmaqda qərarlıdır”.
Təhlil.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Biz nəticələr görmək istəyirik və bu, üç şey deməkdir: nüvə proqramını məhv etmək, İranı ballistik raketlər istehsal etmək qabiliyyətindən məhrum etmək və İranın “terror oxunu” aradan qaldırmaq”, - deyə, Baş nazir qeyd edib.