Bu gün
Mask: Amerika bankrot olacaq - PROQNOZ

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-də mövcud maliyyə siyasətinin davamı halında defolt riskinin qaçılmaz olduğunu bildirib.
Təhlil.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında ABŞ-nin dövlət borcu və onun xidmət xərclərinə dair yayımlanan məlumatlara şərh verərkən ifadə edib:
“Əgər bu cür davam edərsə, Amerika de-fakto bankrot olacaq” -deyə, Mask qeyd edib.
Qeyd edək ki, İlon Maskın bu açıqlaması ABŞ-də sürətlə artan dövlət borcu ilə bağlı narahatlıqların fonunda səslənib və maliyyə dairələrində ciddi rezonans doğurub.