Tramp: Hamı dərhal Tehranı tərk etməlidir

ABŞ Prezidenti Donald Tramp İrandakı vəziyyətlə bağlı qalmaqallı bəyanatla çıxış edib.
Təhlil.az xəbər verir ki, Tramp bildirib ki, hamı İranın paytaxtı Tehranı dərhal təkr etməlidir.
Onun sözlərinə görə, İran onun təklif etdiyi razılaşmanı imzalamalı idi: “İran mənim dediyim razılaşmanı imzalamalı idi. Bu, böyük bir biabırçılıq və insan həyatının boş yerə itkisidir. Sadə dillə desək, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək. Bunu dəfələrlə demişəm!”
ABŞ prezidenti Tehranın dərhal boşaldılması çağırışını izah etməyib. ABŞ liderinin nəyə əsaslandığı, hansı təhlükədən danışdığı isə hələlik məlum deyil.
Qeyd edək ki, Tehranın əhalisi 9 milyondan çoxdur. Hazırda rəsmi Vaşinqtondan bu açıqlamaya əlavə izah verilməyib. Trampın bəyanatı İrandakı gərgin hərbi vəziyyət fonunda narahatlıq doğurub.