Dünən
Azərbaycan Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

Azərbaycan 2027-ci ildə ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.
Təhlil.az bu barədə Qış İdman Növləri Federasiyasının (AQİNF) Mətbuat xidmətinin məlumatına istinadla xəbər verir.
AQİNF tərəfindən xizək alpinizmi üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciətə əsasən yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib. Yarış beynəlxalq federasiyanın təqviminə salınıb.
Qeyd edək ki, dünya çempionatının 2027-ci il fevralın 28-dən martın 7-nə qədər "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Bu gün
Dünən