Dünən
Tehrandan mesaj: İsrail təcavüzü dayandırsa, İran da zərbələri kəsəcək - AÇIQLAMA

İranın xarici işlər naziri Təl-Əviv rejiminin respublikaya qarşı təcavüzünə son qoyacağı təqdirdə, İranın İsrailə qarşı zərbələri dayandırmağa hazır olduğunu bəyan edib.
Təhlil.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib.
Əraqçi qeyd edib ki, İsrailin son hücumları nüvə danışıqlarını pozmaq məqsədi daşıyır və bu prosesə ABŞ-nin dəstək verməsi rəsmi Tehran tərəfindən təəssüflə qarşılanır. O, Vaşinqtonun hücumlarda iştirak etmədiyinə dair açıqlamalarına da inanmadıqlarını bildirib.
Bununla yanaşı, İranın xarici siyasət idarəsinin rəhbəri ölkəsinin nüvə silahına sahib olmayacağına dair zəmanət verən beynəlxalq saziş imzalamağa hazır olduğunu da vurğulayıb.