Dünən

İranda Müdafiə Nazirliyinə məxsus obyektə hücum edilib

İranın Müdafiə Nazirliyinə bağlı olan və İsfahan əyalətinin mərkəzində yerləşən hərbi obyektə hücum həyata keçirilib.

Təhlil.az xəbər verir ki, bu barədə İran mediası vilayət qubernatorunun müavininə istinadən məlumat yayıb.

Hadisə bir müddət əvvəl baş verib. Hazırda əraziyə dəymiş mümkün ziyanın həcmi müəyyənləşdirilir.

Əlavə təfərrüatlar barədə məlumat verilməyib. Hadisənin kim tərəfindən və hansı vasitə ilə törədildiyi də hələlik açıqlanmır.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?