Dünən

Rusiyalı alimlər Veneradakı nəhəng vulkanın sirlərini açıblar

Rusiya alimləri Veneranın ən böyük vulkanlarından biri olan “Samodiva Mons”u tədqiq ediblər. Təhlil.az xəbər verir ki, diametri 240 km olan bu nəhəng obyektdə güclü püskürmələrin izləri var və onun strukturu lövhə tektonikası olmayan planetdə maqmatizmin necə işlədiyini anlamağa kömək edir. Tədqiqatçılar bu strukturun formalaşmasının əsas mərhələlərini müəyyən ediblər və onun həcmini təxmini hesablayıblar.
Vulkanın diametri 240 km-dir, hündürlüyü 1,4 km-ə çatır və 700 m-ə qədər mərkəzi kalderaya (hövzə) malikdir. “Samodiva Mons” V-29 kvadrantında yerləşir və Veneranın geoloji tarixini anlamaq üçün sirləri özündə saxlayır. Onun lava axınları təxminən 80.900 km² ərazini əhatə edir ki, bu da təxminən Serbiya və ya Çexiya kimi kiçik bir ölkə ilə müqayisə edilə bilər.
Alimlər bu bölgənin formalaşmasında üç əsas mərhələni müəyyən ediblər:
Qədim dövr - bu dövrdə tesseralar (yer qabığının mürəkkəb deformasiyaya uğramış sahələri) və sıx xətti düzənliklər əmələ gəlib.
Lava düzənliklərinin yaranması və fəaliyyəti - isti mantiya şleyflərinin yüksəlməsi ilə əlaqəli dəyirmi strukturlar (nüvədən yüksələn isti maddənin şaquli axını).
“Samodiva Mons”un çiçəklənmə dövrü - onun əsas vulkanik formasını, kalderasını və bənd dəstələrini yaradan püskürmələr.

Hikmət Həsənov

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?