“Jirinovski falı” gerçəkləşməyə başlayır?

Ötən gecə İran və İsrail silahlı qüvvələrinin gecə boyunca qarşılıqlı hava zərbələri davam edib. Hər iki tərəfdən müxtəlif itkilər var. İsrail İranın hərbi aerodromlarını və nüvə obyektlərini, İran isə İsrailin hökumət və idarəetmə orqanlarının binalarını hədəf alıb.
Təhlil.az xəbər verir ki, İran və İsrail gərginliyi son iki gündür yaşansa da, rusiyalı dövlət xadimi, türkoloq Vladimir Jirinovski bu gün barədə hələ 12 il əvvəl xəbərdarlıq etmişdi. O, öz çıxışında hadisələri ardıcıllıqla şərh edərək növbəti proseslər barədə də məlumat verib:
"Münaqişə necə başlayacaq? İsrail uranın zənginləşdirilməsi mərkəzlərinə və ola bilsin ki, nüvə enerjisinin istehsal olunduğuna inandığı obyektlərə zərbə endirəcək.
İranın 2000 kilometrə qədər uzaq mənzilli raketləri var və orada 200 km kifayət edir. Zərbədən sonra İran mütləq cavab verəcək, İsrailə kiçik dağıntılar yaradacaq. Beləliklə də, böyük qardaş köməyə gələcək. ABŞ, NATO-nu səfərbər edəcək və İranı bombalamağa başlayacaq. O cümlədən çox dəhşətli yerli silahlardan istifadə edib ərazini tamamilə təmizləyəcəklər. Bunu bir nüvə zərbəsi ilə bütün ölkəni məhv etməklə də həyata keçirə bilərlər."
Vladimir Jirinovski həmçinin digər çıxışlarında sözügedən münaqişə nəticəsində neftin qiymətində də yüksəlmə olacağını proqnozlaşdırıb. O, neftin 1 barel üçün qiymətinin fantastik dərəcədə yüksələrək 300-400 ABŞ dolları olacağını vurğulayıb.
Zaman hələ ki, Jirinovskini haqlı çıxarır. Amma mərhum siyasətçinin hara qədər haqlı çıxacağını da elə zaman göstərəcək.
Babək Zeynal