Dünən

İsrail İrana İrandan hücum edibmiş

İsrailin “Mossad” kəşfiyyat xidməti, İrana hücumdan əvvəl ölkə daxilində pilotsuz uçuş aparatları üçün gizli baza yaradıb.

Təhlil.az xəbər verir ki, "Haaretz" və "Ynet"in İsrail təhlükəsizlik mənbələrinə istinadla yazdığına görə, dronlar İrana gizli şəkildə əvvəlcədən gətirilib və iyunun 13-nə keçən gecə Tehrana yaxın hərbi bazadakı raket buraxılış qurğularına hücumda istifadə olunub.

Bundan əlavə, Mərkəzi İranda “Mossad” İranın hava hücumundan müdafiə sistemləri yaxınlığında yüksək dəqiqlikli silah sistemləri yerləşdirib və hava hücumundan müdafiə vasitələrini sıradan çıxarmaq üçün silahlarla təchiz olunmuş maskalanmış maşınlar İrana gizli şəkildə daxil edilib.

Hikmət Həsənov

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?