Dünən

Rza Pəhləvi Xameneinin devrilməsinə çağırış etdi

 İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi İranda kütləvi etirazlara və Ayətullah rejiminə qarşı ümumi üsyana çağırış edib.

Təhlil.az xəbər verir ki, onun bu çağırışı "X" sosial şəbəkəsində yayımlanıb.

“Mürtəce və antiiran mahiyyətli İslam Respublikasının ağılsız lideri Ayətullah Seyid Əli Xamənei ölkəmizi yenidən bizim xalqımıza aid olmayan bir müharibəyə sürüklədi. Bu, İranın və iranlıların müharibəsi deyil”, – deyə Pəhləvi bəyan edib.

O, İran ordusuna, hüquq-mühafizə orqanlarına və təhlükəsizlik xidmətlərinə birbaşa müraciət edərək bildirib:

“Bu rejim və onun korrupsiyaya bulaşmış, bacarıqsız rəhbərliyi nə sizin həyatınızı, nə də İranı dəyərli sayır. Onlardan uzaq durun və xalqın tərəfinə keçin”.

Pəhləvin fikrincə, ölkəni bu vəziyyətdən çıxarmağın yeganə yolu İslam Respublikasının küçə etirazları və ümummilli tətil yolu ilə devrilməsidir.

Bu çağırış İran və İsrail arasında gərginliyin artdığı bir dönəmdə səsləndirilib və ekspertlərə görə, bu cür bəyanatlar ölkə daxilində gərginliyi daha da artırmağa yönəlik ola bilər.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?