Dünən

Uzaqdan müharibə: “No Boots on the Ground” strategiyası - ŞƏRH

İsrail və İran arasında 2025-ci ildə formalaşan qarşıdurmanın fərqləndirici xüsusiyyəti birbaşa yerüstü hərbi əməliyyatların aparılmamasıdır. Hər iki tərəf hazırda texnoloji vasitələrdən istifadə etməklə uzaq məsafəli zərbələr, kiber hücumlar, dron hücumları və proksi qüvvələr vasitəsilə müharibə aparır.

İsrailin son hücumları, xüsusilə 13 iyun 2025-ci il tarixində həyata keçirilən hava zərbələri bunu aydın şəkildə göstərir. İsrail F-35 təyyarələri, kruiz raketləri, elektron müharibə sistemləri və pilotsuz kəşfiyyat vasitələri ilə hücum həyata keçirib. Rəsmi Təl-Əviv yerüstü qüvvə yerləşdirmədən, “cərrahi dəqiqliklə” zərbələr endirərək, həm mülki itkilərdən yayınmağa, həm də beynəlxalq təzyiqlərdən yan keçməyə çalışır.

İran da cavab mexanizmi olaraq birbaşa ordu yerləşdirmək əvəzinə asimmetrik və məsafəli qarşılıq modelini seçir:

• Proksi qüvvələr (Hizbullah, Husi, iraqlı polis qüvvələri);

• Uzaq məsafədən dron və raket zərbələri;

• Kiber və informasiya müharibəsi.

Bu strategiya İran üçün həm daxili konsolidasiyanı təmin edir, həm də birbaşa müharibəyə cəlb olunmadan təsir imkanlarını artırır.

Bu tip “yerə enməyən müharibə” strategiyası Cənubi Qafqazda, o cümlədən Azərbaycanda da təhlükənin fiziki deyil, konstruktiv və texnoloji formada yayılmasına səbəb ola bilər.

Xüsusilə də, Azərbaycana qarşı potensial kiber hücumlar artar, dezinformasiyalar və ictimai sabitliyi pozmağa yönəlik kampaniyalar mümkündür. Bundan başqa, regionda dini radikalizmin stimullaşdırılması riskini yüksələ, Ermənistan üzərindən İranın dolayı təsir alətləri arta bilər.

“No boots on the ground” konsepti müharibənin texnoloji və hibrid xarakterini göstərir. Bu yeni döyüş tərzi sərhədləri nəzərə almadan, ölkələri texnologiya, informasiya və diplomatiya sahəsində hazırlıqlı olmağa vadar edir. Azərbaycan bu kontekstdə “yumşaq sərhədlərlə sərt müqavimət” modelini, yəni texnoloji çeviklik, diplomatik neytrallıq və ictimai dirəniş imkanlarını gücləndirməklə inkişaf etdirməlidir.

Təhlil Analitik Qrupu

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?