13 iyun
Tramp: “İran cavab tədbirləri görsə, ABŞ İsraili müdafiə edəcək”

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İsrailin İrana qarşı həyata keçirdiyi zərbələrdə iştirak etmədiyini bildirib.
Təhlil.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının aparıcısı Bret Bayer məlumat verib.
Onun sözlərinə görə, Trampla danışıq zamanı ABŞ prezidenti qeyd edib: “İranın nüvə bombasına sahib olmasına imkan verə bilmərik. Ümid edirik ki, danışıqlar masasına qayıda biləcəyik. Görəcəyik. İranda rəhbərlikdə elə insanlar var ki, geri addım atmaq niyyətində deyillər”.
Jurnalistin sözlərinə görə, Tramp əlavə edib ki, əgər İran qisas almağa cəhd göstərərsə, ABŞ İsrailin müdafiəsi üçün ona dəstək verəcək.